photo

2008-ci ildə təsis edilmiş Komtec Ltd şirkəti (MilliÖN ticarət nişanı) Azərbaycanda elektron ödəniş sistemləri bazarında liderdir. Hazırki dövrdə MilliÖN şəbəkəsində 150-dən artıq şirkət və 500-dən artıq xidmət növü mövcüddur. MilliÖN ödəmə terminallarının sayı 2500-dən artıqdır və Azərbaycanın bir çox bölgələrində, alış-veriş və biznes mərkəzlərində, banklarda, dövlət orqanları və şöbələrində, piyada keçidlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanlarında, avtobus dayanacaqlarında yerləşir.

Şirkət öz abunəçilərinə rahat və etibarlı yolla ən qısa vaxt ərzində aşağıdakı xidmətlərin ödənişini təklif edir: Kommunal ödənişləri - Mobil operatorlar - Dövlət ödənişləri - Bank Xidmətləri - İnternet provayderlər - Kabel televiziyası - Sabit telefon şəbəkəsi - Sığorta Xidmətləri - Mərc Oyunları - Əyləncə - Pul kisələri - Antivirus - Təhsil - Xeyriyyəçilik - BakuBus - Elanlar və Kuponlar - Agent şəbəkəsi - Şəbəkə marketinqi - Mağazalar şəbəkəsi (e-ticarət) - Pul köçürmələri - Digər xidmətlər. 

MilliÖN brendi bütün təklif edilən xidmətlərə yüksək səviyyədə zəmanət verən keyfiyyət nişanıdır. İstehlakçıların tələblərinə cavab verən xidmətlər təqdim etmək məqsədilə 2012-ci ildə “Komtec Ltd” MMC ISO 9001:2008 standartına uyğun Keyfiyyət İdarəetmə Sistemini yaradıb, inkişaf etdirir.

“MilliÖN” veb sayt və mobil tətbiqin istifadə qaydaları və şərtləri